Qohumunun evindən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 27 İyun 13:27

Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən Yusif Qulisoyun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Nicat Ağabəyovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Lənkəran rayon sakini olan qadın evindən 27 500 manatının oğurlanması barədə polisə məlumat verib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Y.Qulisoya qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər