Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi


  • 5 İyun 2024 09:35

Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Mənbə: Qafqazinfo

Oxşar xəbərlər