- 17 Oktyabr 17:36
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim Ramilə Xəzrinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Qala-Pirallahı şossesində qeydə alınıb. Belə ki, Elçin Səmədov “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar - Rəqsanə Əhmədova və Tərgül Zamanovanı vurub. Yaralılar dərhal Xəzər tibb mərkəzinə yerləşdirilib. Tərgül Zamanova xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə