- 7 Sentyabr 13:30
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Tahir Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 22-nə təyin olunub.
Qeyd edək ki, Tahir Qarayev kafedə aralarında yaranmış şəxsi münasibətlər zəminində Elşad Rəfiyevə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə