Bakı Ağır Cinayətlər Məhkəməsinə 5 yeni hakim təyin edildi


  • 11 Oktyabr 2023 15:22

Xəbər verdiyimiz kimi, bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla, həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq bəzi hakimlərin vəzifələri dəyişdirilib.

Belə ki, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunublar:

Aytən Heydər qızı Əliyeva (Bakı Kommersiya Məhkəməsinin hakimi)

Kamran Nüsrət oğlu Muxtarov (Gəncə Hərbi Məhkəməsinin hakimi)

Elnur Aləm oğlu Nuriyev (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi)

Anar Böyükkişi oğlu Sadıqov (Xaçmaz Rayon Məhkəməsinin hakimi)

Azər Heydər oğlu Tağıyev (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi)

Oxşar xəbərlər