"AL Market" cərimələnə bilər


  • 5 Oktyabr 2023 10:52

"AL Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Protokol təsdiq olunarsa, "AL Market" üç yüz əlli manatdan beş yüz manatadək cərimələnə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər