Aptek və mağazalardan oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Cəlilabadda oğurluq etməkdə təqsirləndirilən Səyad Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Səyad Həmidov Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pul, 3 mağazadan isə müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə