Şəlalə Həsənova Bakı Ağır Cinayətlər Məhkəməsinə sədr müavini təyin olundu


  • 28 Dekabr 2022 15:38

Bakı Ağır Cinayətlər Məhkəməsinə sədr müavini təyin edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrin müavini təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev bir qədər əvvəl ürək tutmasından dünyasını dəyişib. Sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunmuşdu.

Oxşar xəbərlər