- 29 Mart 16:25
Cari ildə aprelin 22-dək telefon rabitəsi vasitəsilə Ali Məhkəməyə 767 müraciət daxil olub.
Bu barədə məhkəmədən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib.
Müraciətlərdən 760-ı yerində şifahi qaydada cavablandırılıb. 7 müraciət üzrə müraciət vərəqəsi tərtib edilərək müvafiq struktur bölməsi tərəfindən baxılıb və bir iş günü ərzində müraciət mahiyyəti üzrə cavablandırılıb.
Qeyd edək ki, şifahi müraciətlərin qəbulu, qeydiyyatı və baxılması (012) 489-07-07 telefon nömrəsi vasitəsi ilə təmin olunur.
Telefon rabitəsi vasitəsi ilə edilmiş müraciətlər qeydiyyata alınır və yerində şifahi qaydada mahiyyəti üzrə cavablandırılır, yerində cavablandırılması mümkün olmayan müraciətlər üzrə isə müraciət vərəqələri tərtib olunur və Aparatın aidiyyəti struktur bölməsi tərəfindən araşdırılaraq bir iş günü ərzində müraciət müəllifinə şifahi, yazılı tələb edildikdə isə yazılı qaydada cavab məktubları göndərilir.