Cinayət məsuliyyətindən azad etdirəcəyini deyib 4 min manatını ələ keçirdi


  • 28 Aprel 13:59

Zaqatalada dələduzluq etməkdə təqsirləndirilən Nizami İbrahimovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Zaqatala Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.İbrahimov Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3800 manat cərimə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə tam toplanmaqla, N.İbrahimovun üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3800 manat cərimə cəzası saxlanılıb.

İttihama görə, N.İbrahimov tamah niyyəti ilə kənd təsərrüfatı ilə məşğul olan tanışı İlqar Qədimova güzəştli şərtlərlə və dəyərinin hissə-hissə ödəniləcəyi yolu ilə gübrə almasını 2000 manat pul müqabilində təşkil edəcəyini vəd edib aldatıb və zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda sonuncunun göndərdiyi 2000 manat pulu qəsdən ələ keçirməklə dələduzluq edib. Bundan sonra o, tamah niyyəti ilə cinayət əməllərini davam etdirərək tanışı İlqar Qədimov vasitəsilə tanıdığı və sonuncunun dostu olan Tural ƏIliyev haqqında həmin vaxt Zaqatala rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi ona müraciət etməsindən istifadə edib sonuncuya məxsus pul vəsaitlərini qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib. Bu məqsədlə zərərçəkmiş şəxsi xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda özünün uydurduğu, yəni reallıqda mövcud olmayan, guya əvvəllər 30 il prokuror vəzifəsində işləmiş və böyük nüfuzu olan yaxını Vəli adlı şəxs vasitəsilə həmin məsələni pul müqabilində həll edəcəyini vəd edib aldadıb və Tual Əliyevin 4000 manat pulunu qəsdən ələ keçirməklə təkrarən dələduzluq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər