Oğurluqda təqsirləndirilən şəxs: "Maddi sıxıntılarım var idi"


  • 28 Aprel 13:43

Goranboyda oğurluq etməkdə təqsirləndirilən Əziz Babayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Goranboy Rayon Məhkəməsində hakim Taleh Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə.Babayev Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd edək ki, Ə.Babayev Goranboy şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün salınmış Yeni Binaların yaxınlığında yerləşən açıq sahədə "KamAZ" markalı avtomobillərin akkumlyatorunu gizli yolla talayıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Ə.Babayev deyib ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də özünə məxsus olan "KamAz" markalı maşınla yük daşıyırmı. Lakin kreditləri olduğuna görə yük maşınını satıb və kredit borclarını bağlayıb. İşləmədiyi üçün maddi sıxıntıları olub. Bununla əlaqədar olaraq o, oğurluq etmək qərarına gəlib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər