Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlandı


  • 27 Aprel 22:49

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumun icraçısına qarşı çıxarılmış qisas (edam) hökmünün icrası üçün bütün zəruri hazırlıqlar tamamlanıb.

E-huquq.az ,xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ədliyyə Orqanı məlumat yayıb.

Ədliyyə Orqanının rəsmi açıqlamasında qeyd olunmuşdur ki, səfirliyə edilən hücum hadisəsi dərhal araşdırılmış, müvafiq cinayət işi açılmış, hüquqi prosedurlar sürətlə həyata keçirilmiş və nəticə olaraq, məhkəmə tərəfindən təqsirkar şəxsə qisas cəzası (edam hökmü) verilib.
Açıqlamada vurğulanır ki, məhkəmə prosesi çərçivəsində hadisə nəticəsində həlak olan şəxsin və onun ailəsinin hüquqları diqqətlə qorunmuş, onların haqlı tələbləri nəzərə alınıb.

Ədliyyə nümayəndələri onu da bildiriblər ki, Azərbaycan Respublikasının səfirliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində İran tərəfindən əlavə tədbirlər görülmüş və bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün zəruri addımlar atılıb.

İran tərəfi bir daha bəyan etmişdir ki, Azərbaycan Respublikasının səfirlik əməkdaşlarının təhlükəsizliyi İran İslam Respublikası üçün prioritet məsələ olaraq qalır və bütün mümkün vasitələrlə qorunacaqdır.

Oxşar xəbərlər