Bakı 5 saylı Mediasiya Təşkilatı hesabat xarakterli görüş keçirdi


  • 17 Mart 2022 16:22

Bu gün Bakı 5 saylı Mediasiya Təşkilatının mediatorları ilə görüş keçirilib.

E-huquq.az-ın məlumatına görə, təşkilatın rəhbəri Taleh İbrahimov mediatorlara yanvar və fevral ayları ərzində görülən işlərlə bağlı hesabat xarakterli məlumat verib. Təşkilata daxil olan müraciətlərin sayı açıqlanıb, işlərin bölgüsü və şəfafflığın təmin edilməsi sahəsində atılan addımlardan bəhs edilib.

Görüşdə həmçinin təşkilatın gələcək fəaliyyət proqramı, təbliğat-təşviqat məsələləri və qarşıda duran perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, vətəndaşlar mediasiya ilə bağlı Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E, 6-7 mərtəbələr, 601-603 otaqlar və 704-706 otaqlar.

Telefonlar: 012-464-17-23; 050-396-00-17; 055-396-00-17; 077-396-00-17; 070-249-67-78

Elektron poçt ünvanı: [email protected]; [email protected]

Facebook: bakumediasiya5

İnstagram: bakumediasiya5

Oxşar xəbərlər

  • 18 Aprel 2024 13:59
Mediasiyanın imkanları