- 22 Aprel 13:01
26 aprel 2025-ci il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə mediatorların sayca 12-ci səhər yeməyi baş tutub.
E-huquq.az xəbər verir ki, səhər yeməyində mediator və mediasiya təşkilatı rəhbərləri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və İdarə Heyətinin üzvü Əli Nəbiyev də iştirak edib.
Səhər yeməyinin qonaqları Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Gülşən Paşayeva olub.
Nadir Adilov mediatorlara qonaqları təqdim edib və dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkür edib.
Əli Hüseynli məhkəmə - hüquq sistemində mediasiyanın əhəmiyyəti və yarandığı dövrdən indiyədək mediasiya islahatlarının hüquq islahatlarına müsbət təsirindən söz açıb.
Zahid Oruc qeyd edib ki, milli ictimai düşüncəmizdə müsbət mövqe tutan mediasiya digər ölkələrin mediasiya təcrübəsi üçün nümunədir.
Gülşən Paşayeva isə çıxışı zamanı son zamanlarda "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdən, beynəlxalq təcrübədə mediasiyanın rolundan söz açıb.
Görüş səmimi müzakirələrlə davam edib.