Bu şəxsləri işdən çıxarmaq olmaz


  • 18 Fevral 15:31

"Qanun bir sıra işçi kateqoriyasını işə gəlməsələr, verilən tapşırıqları yerinə yetirməsələr belə işdən azad edilməsini qadağan edir".

E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.

Onun sözlərinə görə, himayəsində 3 yaşına qədər uşağı olan qadınların işdən azad edilməsi qadağandır: "Onlar yalnız bağladıqları əmək müqaviləsinin müddəti bitdikdə və ya işlədikləri müəssisə ləğv olunduqda işdən azad edilir"

"Digər hallarda işdən azad edilərkən həmin şəxslərin məhkəməyə müraciət etməsi və işə yenidən bərpa olunması barədə iddia qaldırması məsləhət görülür. Hər bir halda məhkəmə onların hüquqlarını təmin edəcək və işdən kənarlaşdırıldıqları müddətdə almadıqları əməkhaqqının verilməsi barədə qərar qəbul edəcək", - deyə vəkil vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər