Nüfuz alveri cinayətinin cinayət-hüquqi xarakteristikası


  • 10 Fevral 16:26

Dünya təcrübəsində "influence peddling", yəni nüfuz ticarəti lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət sturkturlarındakı vəzifəli şəxslərə təsirlərinin qarşısının alınması üçün dövlətlərin cinayət qanunvericiliklərində nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilir. Həmçinin iri və beynəlxalq aləmdə tanınmış şirkətlərin müqavilələri ilə bağlı yerli qanunvericilikdə dəyişikliklər edilməsi və ya güzəştlər edilməsi üçün bəzi şəxslərin vasitəçi kimi çıxış edərək vəsifəli şəxslərin qərarlarına təsir göstərmək üçün maddi nemət qəbul etmələri və bu təsiri həyata keçirilməsi nəticəsində həm şirkət, həm vasitəçi, həm də vəzifəli şəxslərin məsuliyyət məsələləri üçün adı çəkilən cinayət əməli qanunlarda öz əksini tapmışdır.

Nüfuz alverinin motivi (Subyektiv cəhət)

Tərkibli motiv 3 cəhətdan yaranır. Maddi neməti almaq, 3-cü şəxs üçün qanunsuz üstünlük yaratmaq və özündən sonrakı təsir məqsədi üçün hərkətlər etmək və ya artıq təsir göstərmək. Əməldə öz əksini tapmayan məqsəd cinayət məsuliyəti yaratmır. ( Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsi)

Fayda əldə etmək

3-cü şəxs üçün qanunsuz üstünlük yaratmaq ( çünki şəxs bilir ki, fayda əldə etmək üçün və ya əldə edilmiş faydanı itirməmək üçün 3-cü şəxsin marağını təmin etməlidir, niyyət aldatmaq deyildir)

Vəzifəli şəxsə təsir göstərmək (Vəzifəli şəxsə təsir göstərmək niyyətindədir, çünki bilir ki, 3-cü şəxsin marağını təmin etməsə, maddi fayda əldə edə bilməyəcəkdir və ya əldə etmiş olduğu faydanı itirəcəkdir. Niyyət aldatmaq deyildir)

- Qanunsuz üstünlüyü həyata keçirmək üçün təsir vasitələrindən istifadə etməlidir. Və bu təsir üçün cəhdlər etməlidir. Tərkibli motiv olduğu üçün.

- Özgə əmlakına qanunsuz yiyələnmək məqsəd deyildir və niyyətdə qalmamalıdır.

- Qanunsuz üstünlük vermək üçün cəhd etməlidir. Cəhd olmazsa, lakin vəd verilib maddi nemət əldə olunarsa, müəyyən olunur ki, məqsəd aldatmaq və özgə əmlakını ələ keçirməkdir. Yenə də öz nüfuzundan istifadə etsə də, lakin niyyəti aldatmaqdır.

- Tərkibli motiv 3 cəhətdan yaranır. Şəxsin maddi nemətini almaq, 3-cü şəxs üçün qanunsuz üstünlük yaratmaq və özündən sonrakı təsir məqsədi üçün hərkətlər etmək. Əməldə öz əksini tapmayan məqsəd cinayət məsuliyəti yaratmır.

- Vəzifəli şəxsin qərarı 3-cü şəxsə o halda üstülük verir ki, 3-cü şəxs o qərara qanuni yolla çata bilməsin.

Məqsədini həyata keçirib nəticə əldə edilib yoxsa iş öz axarınca davam edib və istənilən nəticə olub, bu məsələni aydınlaşdırmaq üçün ən əsas nüans şəxsin maddi neməti qəbul etdikdən sonra vəzifəli şəxsə təsir üçün özündən sonra qoyacağı və ya qoyduğu izlər əsas rol oynayır.

Subyektiv cəhət olan qəsd birbaşa və ya dolayı yolla törədilir. Buradakı qəsdin yönəldiyi hissə şəxsin maraqlarının təmin edilməsi üçün vəzifəli şəxsə təsir məqsədidir. Maddi nemətin qəbul edilməsi və ya vəd verilməsi nüfuz alveri cinayətinin törədilməsi üçün subyektiv cəhət ola bilməz. Çünki əgər maddi neməti qəbul edir və hər hansı hərəkət keçmirsə bu zaman nüfuz alveri kimi yox dələduzluq cinayəti kimi qiymətləndirilir. Buradakı motiv maddi neməti qəbul etmə, 3-cü şəxs üçün qanunsuz üstünlük yaratmaq və bu məqsədi həyata keçirmək addımıdır. Tərkibli motiv olaraq maddi neməti qəbul etmə və məqsədi həyata keçirmək üçün addımlar, cəhdlər( tanış axtarmaq, şəxslə birbaşa əlaqə, köməkçisi ilə əlaqələr.) Məqsədli şəkildə şəxs özgənin maddi varlığına yiyələnmək istəmir, həmin şəxsə qanunsuz üstünlük vermək istəyir və bunun üçün məqsədini həyata keçirməyə yönəlir. Tərkibli motiv kimi qiymətləndirilir. 3 tərkibli cinayət əməlidir və hər bir təkib əməldə öz əksini tapmalıdır.

Şəxs öz nüfuzundan istifadə edərək hər hansı şəxsdən maddi qazanc əldə etmədən öz yaxın bildiyi şəxs üçün digər vəzifəli şəxsdən xahişlər edə bilər. Burada əldə olunan fayda maddi nemət olmaya da bilər. Lakin şəxs hesab edir ki, o hal-hazırda vəzifədədir və bu xahişi bugünki gün edir və xahiş etdiyi şəxs də gələcəkdə ondan maddi və ya mənəvi üstünlük istəyə bilər. Şəxsin nüfuz alveri 3-cü şəxslərə fayda vermək qarşılığında maddi nemət olmaya da bilər. Nüfuz alverində şəxs birmənalı öz nüfuzundan istifadə edir. Özünün nüfuzlu şəxs kimi təqdim etməyi kifayət etməməlidir, ona görə ki, fayda verəcəyi şəxs onun hansısa vəzifə tutub-tutmadığını əminliklə bilməlidir.

Misal: Hərbi vəzifəli şəxs pensiyadadır və iddia edir ki, əlaqələri mövcuddur. Fayda qazanmaq istəyən 3-cü şəxs onun həqiqətən də hərbi vəzifəli olduğuna əmindir. Ona görə ki, həmin şəxsin vəzifəsi dəyişilən zaman və ya yeni təyinat alan zaman mətbuata buraxılmış xəbərlərdən məlumatlıdır. 3-cü şəxs maddi neməti ona görə verir ki, şəxsin təsir etmək qüvvəsinin olduğuna əmindir. Bu zaman şəxs özünün keçmiş nüfuzundan istifadə etmiş hesab edilir. Burada əsas məqam ondan ibarətdir ki, şəxs almış olduğu maddi neməti vəzifəli şəxsə qanunsuz təsir göstərmək məqsədilə alır, yoxsa işin öz axarında davam etməsini gözləyərək maddi neməti özündə saxlayır?! Əgər iş öz axarı ilə davam edib nəticələnərsə 3-cü şəxs əmin ola bilər ki, pensioner bu işi həll edib. Lakin ortada sübut olmadığından ki, şəxs təsir edib ya yox bu zaman işin mahiyəti üzrə 3 əsas nüans ortaya çıxır. Rüşvət verib, nüfuz alveri edib (xahiş edib), dələduzluq edib.

Nüfuz alverində maddi neməti qəbul etməsi cinayətin başa çatması ona görə hesab edilir ki, şəxsin həqiqi məqsədi təsir etməkdir. Lakin təsir üçün addımlar olmaması istisna edən haldır.

Obyektiv cəhət

Cinayətin obyektiv cəhəti şəxsin maddi nemət əldə etməsi nəticəsində 3-cü şəxs üçün real olan nəticə yaratması ( qanunsuz üstünlük əldə etməsi) məqsədilə vəzifəli şəxsə təsir göstərməsi və ya bu təsir üçün cəhdlər etməsidir ( axtarışda olması, birbaşa əlaqə, vasitəçi ilə əlaqə). Hərəkət 2 formada təsvir edilir: Şəxsin maddi nemət əldə etməsi və vəzifəli şəxsin qərarına qanunsuz təsir üçün 2-ci bir hərəkəti etməsidir. Burada səbəb nəticə əlaqəsi ondan ibarətdir ki, şəxs maddi neməti qəbul edir və təsir üçün hərəkət edir. Vəzifəli şəxsin qərarına təsir edib-edə bilməməsi cinayətin başa çatması hesab oluna bilməz. Cinayətin başa çatması o zaman baş verir ki, şəxs vəzifəli şəxsə təsir üçün müxtəlif vasitələrdən istifadə edir və təsir göstəmək niyyətindədir. Nəticədən asılı olmayaraq cəhd göstərməsi kifayət edir. Burada cinayətin formal tərkibi ondan ibarətdir ki, şəxs vəzifəli şəxsə təsir üçün addımlar atır, cəhdlər edir. Maddi tərkib o zaman formalaşa bilir ki, şəxs təsir nəticəsində 3-cü şəxs üçün üstünlük əldə edir və ya etmək üçün hərəkətlər edir. Əgər maddi nemət verilərək qərara təsir olursa bu zaman rüşvət vermə və rüşvət alma cinayəti törədilmiş sayılır. Lakin burada önəmli nüans ondan ibarətdir ki, rüşvət alma cinayətində vəzifəli şəxsin maddi neməti alması şərtləndirilir. (AR CM 311) Nüfuz alveri cinayətində təsir edən şəxs maddi nemət vermədən də istənilən nəticəni yarada bilər və qərar qəbul edən şəxs maddi nemət əldə etmədən qərar qəbul edə bilər. Bu zaman isə təsir edən şəxsin məqsədini həyata keçirməsi birmənalı olaraq nəticə verir.

- Maddi nemətin əldə olunmasından irəli gələn 3-cü şəxs üçün qanunsuz üstünlük əldə edilməsi məqsədi səbəbdir, nəticə təsir etmək cəhdinin olmasıdır.

- Hərəkət 3 formada ifadə olunur. Nüfuzdan istifadə, təsir etmək məqsədilə maddi nemət əldə etmə və 3-cü şəxs üçün qanunsuz üstünlük əldə edilməsi məqsədilə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə bağlı hərəkətlər, cəhdlər.

- Əgər şəxs tək nüfuzdan istifadə edir ( vəzifə səlahiyyətlərini aşır) və maddi nemət əldə edib təsir üçün hərəkət etmirsə bu nüfuz alveri cinayətinin obyektiv cəhətini pozur.

- Məqsədə nail olmaq üçün addım atmır, 3-cü şəxs üçün qanunsuz üstünlük əldə edəcəyi vədi ilə aldatmış hesab olunur, bu zaman vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma kimi də qiymətləndirilə bilər və ya bu da dələduzluq cinayətinin tərkib hissəsini yaradır.

Qeyd: vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə də korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyalarına aiddir.

Faktor

Nüfuz Alveri

Dələduzluq

Rüşvət Vermə

Rüşvət Alma

Əlaqələr və imkanlar

Şəxs həqiqi təsir imkanlarına malikdir və ya malik olduğunu iddia edir.

Şəxs heç bir təsir imkanına malik deyil, lakin iddia edir.

Şəxs maddi və ya qeyri-maddi nemət təklif edir.

Şəxs təsir imkanlarına və qərar qəbul etmə gücünə malikdir.

Niyyət və məqsəd

Vəzifəli şəxsə təsir etmək üçün nüfuzdan istifadə.

Maddi və ya mənəvi qazanc əldə etmək üçün aldatma.

Maddi və ya digər fayda təmin etməklə qanunsuz üstünlük əldə etmək.

Maddi və ya qeyri-maddi nemət müqabilində qanunsuz üstünlük təmin etmək.

Hərəkətlərin səviyyəsi

Konkret təsir göstərə biləcək hərəkətlər mövcuddur (danışıqlar, vasitəçilik).

Şəxs yalnız vədlər verir, heç bir real hərəkət yoxdur.

Maddi və ya qeyri-maddi nemətlərin birbaşa təklif edilməsi və ya verilməsi.

Maddi və ya qeyri-maddi nemətlərin qəbul edilməsi və ya tələb edilməsi.

Tərəflər arasında münasibət

Şəxs və zərərçəkmiş arasında vasitəçilik və ya birbaşa ünsiyyət.

Şəxs və zərərçəkmiş arasında aldatma yolu ilə əlaqə.

Şəxs və rüşvət alan arasında birbaşa maddi əməliyyat.

Rüşvət alan və rüşvət verən arasında birbaşa maddi əməliyyat.

Sübutlar və dəlillər

Telefon yazışmaları, maliyyə əməliyyatları, şahid ifadələri.

Aldadıcı vədlər, nəticəsiz hərəkətlər, maliyyə əməliyyatları.

Maddi ödənişlər, müqavilələr, qeydə alınmış razılaşmalar.

Maddi qazancın sübutları, qeydə alınmış danışıqlar və ya şahid ifadələri.

Cinayətin təsiri

Vəzifəli şəxsə təsir etmə cəhdi və ya təsir göstərmə.

Zərərçəkmişin etibarını aldatma və mənfəət əldə etmə.

Vəzifəli şəxsin qanunsuz üstünlük təmin etməsi üçün maddi təşviq.

Maddi və ya qeyri-maddi nemət müqabilində qanunsuz qərar qəbul edilməsi.

1. Öz nüfuzundan istifadə edir və nəticə əldə etmək üçün təsir planlaşdırır

Öz nüfuzundan istifadə edir, lakin təsiri etmək üçün plan qurub bu məqsədini həyata keçirmir.

Qanunsuz üstünlük əldə etmək.. nəticəyə qanuni yolla çatmaq mümkünatlarının az olması və ya olmaması. Qəbul edilmiş qərarla passiv və ya aktiv formada qanuni nəticəyə çatmağın məhdudiyyətləri və ya vəzifəli şəxsin qanuni qərar qəbul edə bilməsinin mümkünsüzlüyü hədləri.

Azərbaycan qanunvericiliyində qanunsuz üstünlük əldə etmə ayrıca cinayət kimi müəyyən edilməyib.

- Mövcud normalar rüşvət, nüfuz alveri və korrupsiya əməllərini əhatə etsə də, qanunsuz üstünlük əldə etmə fərdi hüquq pozuntusu kimi dəqiqləşdirilməyib.

- Hansı hallarda qanunsuz üstünlük inzibati hüquq pozuntusu, hansı hallarda cinayət hesab edilir – bu aydın deyil.

“Qanunsuz üstünlük əldə etmə” yeni cinayət tərkibi kimi müəyyən edilə bilər.

- Qanunda “maddi və qeyri-maddi üstünlük” anlayışları konkret izah edilməsi məqsədəuyğundur.

Nüfuz alverində subyektiv cəhətin pozulması

Nüfuz alverinin subyektiv elementi, şəxsin təsir göstərmək məqsədilə maddi nemət alması və ya tələb etməsidir. Əsas məqsəd 3-cü şəxs üçün üstünlük əldə etmək və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdir. Lakin subyektiv cəhət (məqsəd və niyyət) pozularsa, bu cinayətin hüquqi tərkibi ilə bağlı müəyyən qeyri-müəyyənliklər yarada bilər.

Subyektiv cəhətin əsas elementləri:

a) Məqsəd

Təsvir: Şəxsin maddi qazancı qəbul etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək məqsədi olmalıdır ki, əldə etmiş olduğu maddi nemətə yiyələnə bilsin.

Hüquqi Əsas: Bu məqsəd olmadan nüfuz alveri cinayətinin subyektiv tərkibi yaranmır.

b) Niyyət

Təsvir: Şəxsin maddi qazancı alarkən təsir göstərə biləcəyinə inanması və ya təsir göstərə biləcəyini qarşı tərəfə vəd etməsi vacibdir.

Hüquqi əsas: Niyyət olmadan cinayət əməlinin subyektiv tərkibi tam sayılmır.

Subyektiv cəhət pozularsa

a) Şəxsin təsir göstərmək niyyətinin olmaması

Əgər şəxs təsir göstərə bilməyəcəyini və ya göstərmək niyyətində olmadığını bilə-bilə maddi neməti qəbul edirsə:

Cinayət tərkibi: Bu halda nüfuz alverinin subyektiv cəhəti pozulur, çünki təsir göstərə biləcəyinə dair məqsəd yoxdur.

Alternativ qiymətləndirmə: Bu əməl dələduzluq kimi qiymətləndirilə bilər

b) Təsir göstərməyə çalışmamaq

Şəxs maddi qazancı qəbul edir, lakin təsir göstərə biləcəyinə dair heç bir cəhd etmir:

Hüquqi qiymət: Subyektiv elementin pozulması səbəbindən nüfuz alveri cinayəti tam olaraq yaranmır.

Alternativ qiymətləndirmə: Maddi qazanc aldatma yolu ilə əldə edilibsə, bu dələduzluq kimi təsnif edilə bilər.

c) Real niyyət və nəqsədin sübut olunmaması

Subyektiv elementlər sübut olunmazsa, şəxsin əməli hüquqi baxımdan cinayət hesab edilməyə bilər:

Misal: Əgər şəxs təsir göstərə biləcəyini iddia edir, lakin təsir göstərə biləcəyinə dair heç bir real niyyət və ya plan yoxdursa o zaman pozulur.

Misal 1: Subyektiv cəhət pozulmadan

- Şəxs maddi qazancı qəbul edir və təsir göstərə biləcəyini iddia edir, lakin real təsir göstərə bilmir. Təsir göstərə bilməməsi iradəsi kənarındadırsa bu zaman nüfuz alverinin subyektiv cəhətinin tərkibi yaranır. Lakin başa çatmamış cinayət kimi yalnız maddi neməti qəbul edərək hərəkətə keçmirsə bu zaman şəxsin niyyətində dələduzluq əlamətləri mövcud olur.

a) Təhrik

Təhrik, bir şəxsin digər şəxsi cinayət törətməyə razı salması və ya məcbur etməsidir.

Əgər şəxs, qarşı tərəfi maddi neməti qəbul etməyə və bu neməti vəzifəli şəxsə çatdırmağa məcbur edibsə, bu, təhrik hesab edilə bilər.

Şərt: Təhrik edənin hərəkəti şəxsin qərarını dəyişdirməyə və ya hərəkət etməyə məcbur edibsə, bu, cinayət məsuliyyəti yarada bilər.

b) Məcburiyyət altında maddi nemətin qəbul edilməsi

Şəxsin məcburiyyət altında maddi neməti qəbul etməsi, onun hərəkətinin könüllü olmaması anlamına gəlir.

Şərait: Şəxs yalnız təzyiqdən qurtulmaq üçün neməti qəbul edibsə, bu hərəkət onun niyyətinin olmaması ilə izah edilə bilər.

c) Heç bir hərəkət etməmə və nəticənin baş verməsi

Təsir: Şəxsin heç bir hərəkət etməməsinə baxmayaraq nəticənin istənilən kimi baş verməsi, hüquqi məsuliyyətin müəyyən edilməsində çətinlik yaradır.

Sual: Şəxsin fəaliyyətsizliyinin nəticəyə səbəb olub-olmaması sübut olunmalıdır. Əgər nəticə şəxsin fəaliyyəti olmadan baş veribsə, bu onun məsuliyyətini azalda bilər.

Hüquqi qiymətləndirmə

a) Şəxsin mcburiyyəti altında maddi neməti qəbul etməsi

Şəxsin məcburiyyət altında maddi neməti qəbul etməsi, onun iradəsinin sərbəst olmaması anlamına gəlir.

Hüquqi qiymət: Bu halda şəxs maddi neməti təzyiq altında qəbul edib və təsir göstərməyibsə, bu, hüquqi məsuliyyətin yaranmaması ilə nəticələnə bilər.

b) Təhrik edənin məsuliyyəti

Təhrik edən şəxs digər şəxsi maddi neməti qəbul etməyə və qanunsuz hərəkətə məcbur edib. Bu, təhrik edənin hüquqi məsuliyyət daşımasına səbəb ola bilər.

Hüquqi qiymət: Təhrik edənin niyyəti və hərəkətləri cinayət məsuliyyətini müəyyən edəcək.

c) Heç bir hərəkət olmamasına baxmayaraq nəticənin baş verməsi

Əgər şəxs heç bir hərəkət etməyib və nəticə istənilən kimi olubsa, bu, təsadüf və ya başqa şəxslərin fəaliyyəti ilə əlaqələndirilə bilər.

Hüquqi qiymət: Şəxsin fəaliyyətsizliyi nəticə ilə birbaşa əlaqəli deyilsə, bu halda məsuliyyət yaranmaya bilər.

Hüquqi qiymətləndirmə

Misal 1: Təhrik və məcburiyyət

Bir şəxs digər şəxsi “bu pulu götür və məmura ver, əks halda sənə problem yaradaram” deyə məcbur edir. Şəxs pulu qəbul edir, lakin heç bir hərəkət etmir.

Hüquqi qiymət:

Təhrik edən məsuliyyət daşıyır. Maddi neməti qəbul edən şəxs iradə azadlığının olmaması səbəbindən məsuliyyət daşımaya bilər.

Misal 2: Fəaliyyətsizlik və nəticə

Şəxs maddi neməti qəbul edir, lakin heç bir hərəkət etmir. Başqa vasitələrlə nəticə istənilən kimi olur.

Hüquqi qiymət:

Şəxsin fəaliyyəti nəticə ilə əlaqəli deyilsə, məsuliyyət yaranmır.

Nəticə:

Təhrik edənin məsuliyyəti: Təhrik edən şəxs hüquqi məsuliyyət daşıyır, çünki o, digər şəxsi qanunsuz fəaliyyətə təhrik edib.

Şəxsin məcburiyyəti: Şəxs maddi neməti təzyiq altında qəbul edib, bu halda hüquqi məsuliyyət azala bilər və ya tam istisna edilə bilər.

Heç bir hərəkət olmaması: Əgər şəxs hərəkət etməyibsə və nəticə başqa səbəblərdən baş veribsə, məsuliyyət yaranmır.

Səbəb-nəticə əlaqəsi: Şəxsin fəaliyyətsizliyinin nəticəyə birbaşa təsir etdiyi sübut olunarsa, məsuliyyət müzakirə edilə bilər.

Misir Şahquliyev

Hüquqşünas

Oxşar xəbərlər