Hansı hallarda "müvəqqəti aliment" almaq olar?


  • 13:12

"Alimentin tələb olunması müəyyən vaxt apara bilər. Aliment alınması barədə tələbi məhkəmə qaydasında irəli sürməmişdən əvvəl tərəflər mediasiya təşkilatına müraciət etməlidirlər. Mediasiya təşkilatında mediasiya sessiyası 1 ay ərzində həyata keçirilir, məhkəmə isə 2 ay ərzində davam edir. Bu isə 3-4 ay vaxt deməkdir".

E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.

Onun sözlərinə görə, bu zaman uşaqları saxlayan şəxs məhkəmə alimentin tutulması barədə yekun qətnamə qəbul etməzdən əvvəl işin baxıldığı dövrdə "müvəqqəti aliment" ala bilər: "Məhkəmə bu barədə qərar qəbul edərək icra olunması üçün icra şöbəsinə göndərir. İcra şöbəsi isə dərhal şəxsin özünü çağırmaqla və ya onun iş yerinə sorğu , göstəriş verməklə alimentin tutulmasını təmin edir".

Humay Eminqızı

Oxşar xəbərlər