Mülki hüquqda əsassız varlanma: iddia qaldırarkən nəzərə alınmalı məqamlar


  • 12:02

Cəmiyyətdə iqtisadi imkanların, rəqəmsal texnologiyanın, e-ticarətin in­kişafı müsbət tendensiyalarla yanaşı, bəzi neqativ təzahürlərin də artmasına səbəb ol­muş­dur. Belə ki, ənənəvi cəmiyyətdən fərqli olaraq tərəf­lər arasındakı etimaddan sui-is­ti­­­­fadə hal­larının, başqasının hesabına əsassız fay­dalanmaq istəyinin üsul­­­ları da inkişaf et­­mişdir. Bu isə təbii ki, əsassız varlan­ma­nın yeni for­ma­la­rı­nı, yeni qazanma für­sət­lərini üzə çıxar­mışdır. Belə ki, əvvəl­lər alqı-satqı, sifariş və ya xidmət almaq, pul köçürmək üçün hansısa ofisə, banka gedən şəxslə sa­tıcı, podratçı və ya bank arasında əsassız varlan­ma ehtimalı az idisə, hazırda sosial şə­bəkələr, onlayn səhifələr, internet reklamları və s. vasitəsilə bu ehtimal daha da artmışdır.

Əsassız varlanma institutu mülki dövriyyədə təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin mə­nə­viy­yatının, mülki dövriyyə iştirakçılarının hüquq və azadlıqlarının qorunmasında vacib əhə­miyyət da­şıyır. Əsas­­­sız var­­lan­­ma - mü­a­­sir hü­­quq sis­­tem­­lə­­­rin­­­də məh­­rum olan tə­­rə­­fin zi­­ya­­nı­­na ola­­raq fay­­da­­la­­nan tə­­­rə­­­­fin heç bir hü­­qu­­qi əsas ol­­ma­­­dan qa­­­zan­­ma­­sı və var­­­lan­­­ma­­­sı ki­­­mi qə­­bul edi­­lir. Bu institut hüquqda yeni olmayıb, qədim dövrlərə qədər gedib çıxan tarixə malikdir. Belə ki, baş­­qa­­sı­­nın zi­­ya­­na uğ­­ra­­ma­­sı he­­sa­­bı­­na var­­­lan­­­ma­­ga yol ve­­ril­­­məz­­li­­yə da­­ir müd­­dəa hə­­lə qə­­dim Ro­­ma hü­­qu­­qu­­nun mən­­­bə­­lə­­rin­­dən olan Di­­ges­­ta­­da be­­lə ifa­­­də olun­­­muş­­du: “Bir şəx­­sin baş­­qa­­sı­­nın zə­­rə­­ri­­nə və haq­­­sız ola­­raq var­­lan­­ma­­ma­­sı əda­­lət mə­­sə­­lə­­si­­dir” (Iure na­­tu­­­rae ae­qu­­um est ne­­mi­­nem cum al­­te­­ri­­ı­­ıs det­­ri­­men­­to et ini­u­­ria fi­­­e­­ri lo­­cup­­­le­­ti­o­­rem).

Hüquqşünasın hər hansı bir mülki mübahisə ilə tanış olarkən ilk vəzifəsi iddia tə­lə­binin hüquqi əsasını düzgün tapmaq, əsası təşkil edən qanun normasının dis­pozisiya şərtlərini müəy­yən etmək, həmin şərtlərin konkret kazusda mövcud olub-olmamasını yoxlamaq və ona uyğun məsuliyyət və müdafiə mexanizminə əsaslanmaqla faktiki halları araşdırmağa başla­maqdır. Yanlış qaldırılan iddia tələbi doğru istiqamətdə sübutlar toplamağa, işin düzgün həlli üçün əhəmiyyətli olan məqamlara, müdafiə mexanizmlərinə diqqət yetirməyə mane olur. Belə ki, öhdəlikdən yaranan borcla əsassız varlanmadan, deliktdən yaranan borc fərqli məsuliyyət mexanizmləri nəzərdə tutduğu kimi, fərqli iddia müddəti və ya kəsici müddət də nəzərdə tutur.

Azərbaycan Respublikasının mülki qanunvericiliyi mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Mülki Mə­cəl­ləsi­nin 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlmə­si­nin əsas­­larından biri də əsassız varlan­madır. Əsassız varlanma qanundan əmələ gələn öh­də­likdir.

Qeyd edək ki, res­pub­li­kamızı­­n 2005-ci ilə qə­­dər qüv­­və­­də olan mül­­ki qa­­nun­­ve­­ri­­ci­­li­­yi­nə əsa­­sən, əsas­­sız var­­lan­­ma­­ya da­­ir id­­dia irə­­li sü­­rə bil­­­mək üçün id­­di­a­­çı tə­­rə­­fin mad­­di və­­ziy­­yə­­tin­­də­­ki azal­­­­ma ilə var­­lan­­mış tə­­rə­­­fin mad­­di və­­ziy­­yə­­tin­­də­­ki ar­­tım ara­­­sın­­­­da sə­­­bəb­­li əla­­qə­­nin, yəni, “bir tə­­rə­­fin ka­­­sıb­­laş­­ma şər­­ti”- nin möv­­cud ol­­ma­­sı la­­zım idi. 2005-ci il 24 iyun ta­­rix­­li qa­­­nun­­la Mül­­ki Mə­­cəl­­lə­­də əsas­­sız var­­­­lan­­manın an­­la­­yı­­şı­­nı mü­­əy­­yən­­ləş­­di­­rən 1091.1-ci mad­­­də­­­sin­­­dən­ "əm­­­la­­kın­­dan nə isə gö­­tür­­müş ol­­­sun"­ söz­­lə­­ri çı­­xa­­rı­­la­­raq “he­­sa­­bı­­na əm­­­lak əl­­də et­­sin” ­söz­­­lə­­ri da­­xil edil­­mək­­lə əsas­­sız var­­­lan­­­ma­­­nın hü­­qu­­qi konst­­ruk­­si­­ya­­sı də­­yiş­­di­ril­di.

Hazırda Azər­bay­can Res­pub­li­ka­sı­nın mül­ki qa­nun­ve­ri­ci­li­yinə əsa­­sən, heç bir ka­­sıb­­laş­­­ma, ma­­­liy­­yə və­­ziy­­yə­­tin­­də azal­­ma ol­­ma­­dan da id­­di­a­­çı var­­la­­nan şəx­­­sin məhz onun he­­­­sa­­bı­­na “mü­­əy­­yən məb­­ləğ­­də fay­­da əl­­də et­­di­­yi­­nə, qa­­zan­­dı­­ğı­­na” is­­ti­­­nad et­­­mək­­lə əsas­­sız var­­lan­­ma ba­­rə­­də id­­dia tə­­lə­­bi irə­­li sü­­rə bi­­lər. Belə ki, Mülki Məcəllənin 1091.1. mad­­­dəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas ol­ma­dan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

Nəzərə almaq lazımdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, mülki doktrinaya görə əsas­sız vartlanma yalnız pulun, əmlakın artması ilə deyil, həm də aktivin artması və ya passivin azalması ilə baş verə bilər.

Hüquqşünasın əmələ düzgün hüquqi qiymət verməsi mühüm sosial və hüquqi əhəmiyyətə malik nəticəsi olan hüquqi təfəkkür prosesi olub, iddia tələbinin hüquqi əsasının düzgün müəyyənləşdirilməsi, maddi hüquq normalarına doğru istinadla nəticələnir. İddia tələbinin hüquqi əsasının yanlış müəyyən olunması əvvəldən yanlış istiqamətdə gedilən yola bən­zə­­yir, nə qədər getsən də doğru ünvana çatmaq mümkün olmur.

Təcrübəni təhlil etdikdə müəyyən olunur ki, əsassız var­lan­manın müx­təlif təzahür formaları ilə yanaşı, mahiyyətinə görə əsassız varlanma olmayan, amma, əsassız var­lan­ma ilə qarışıq salınan işlər də möv­cuddur.

Həm mülki hüquq nəzəriyyəsi, həm də mülki qanunvericilik əsassız varlanmanın möv­cudluğunu əsasən başqa heç bir hüquqi əsasın olmadığı təqdirdə qəbul edir. Hətta, işin faktiki hallarından müx­təlif normaların dispozisiyasındakı halla­rın paralel möv­cudluğu müşahidə olun­duğu təqdirdə belə yalnız dominant normaya istinad olun­maşı tövsiyə olunur.

Müşahidələr göstərir ki, təcrübədə əsassız varlanma kimi qiymətləndirilən mü­na­sibətlərin içində müqavilə münasibətləri üstünlük təşkil edir. Halbuki, predme­tin­dən asılı olmayaraq əgər tərəflər arasındakı mübahisə, tələb və ya varlanma mü­qavilədən yaranıbsa demək ki, hüquqi əsas vardır, əsassız varlanma­dan söhbət ge­də bilməz. Qeyd edək ki, təcrübədə daha çox qarışdırılan və yanlış olaraq əsassız varlanma kimi yanaşılan mübahisələr alqı-satqı, pod­rat­ və borc müqavilələrindən yaranır.

Bəzi hallarda alqı-satqıdan, podratdan yaranan borc ilə borc müqaviləsindən yaranan borc münasibətləri qarışdırılır. Yanlış olaraq borc kimi qiymətləndirən müqaviləyə isə imperativ formaya riayət olunmadan bağlandığı üçün etibarsız borc müqaviləsi kimi yanaşılır və nəticədə tam fərqli müdafiə və təminat mexanizmlərinə müraciət olunur.

Məsələn, podrat müqaviləsindən irəli gələn mübahisə yanlışlıqla əsassız varlanma kimi qiymətləndirildiyindən cavabdeh tərəfin vəkili əsassız varlanmaya dair iddia müddətinin tətbiqinə dair ərizə verir. Və ya, nisyə alqı-satqıdan yaranan mübahisə əsassız varlanma kimi qiymətləndirilir və iddia ərizəsində illik gecikmə faizi də tələb kimi irəli sürülür. Halbuki, bu münasibətlərin hüquqi təbiəti, konstruksiyası müdafiə və məsuliyyət mexanizmləri tam fərqlidir.

Beləliklə, təcrübədə bəzən aşağıdakı halların da iddia ərizələrində yanlış olaraq əsassız varlanmadan yaranan iddia tələbi kimi qoyulduğunu görmək olur:

- Müqavilədən yaranan mübahisəyə dair tələb;

- Barəsində hökm çıxmış əməllə (məsələn, oğurluqla) zərərçəkmişə vurulan zərərin ödənilməsinə dair tələb;

- İşçinin öz əmək funksiyaları yerinə yetirən zaman hüquqazidd hərəkətindən ya­ra­nan tələb;

- Cavabdehin iddiaçının hesabına heç bir əmlak əldə etmədiyi, əksinə həm öz əmlakına, həm də iddiaçının əmlakına zərər vurmasından yaranan tələb s.

Əsassız varlanmaya dair iddia tələbləri üzrə aşağıdakı məsələlərin müəy­yən­ləşdirilməsi vacib əhəmiyyət kəsb edir:

- iddia tələbinin hüquqi əsası;

- tərəflər arasındakı münasibətin real xarakteri;

- geri qaytarma vəzifəsinin əsası və həcmi;

- geri qaytarmanın şamil olunduğu və olunmadığı hallar;

- qay­­tar­­ma tə­­lə­­bi­­ni is­­tis­­na edən hallar;

- vicdanlı və ya vicdansız sahiblik faktı;

- varlanmış şəxsin xərclərinin kompensasiyası;

- pozulmuş hüquqların müdafiə mexanizmi və s.

Nəzərə alınmalıdır ki, əsassız varlanma institutu “istisna xarakterli” əsaslandırma institutudur. Yəni, yalnız istisna hallarda, iddia tələbinin əsaslana biləcəyi başqa hüquqi əsas olmadığı təqdirdə əsassız varlanmaya istinad etmək olar.

Nazənin Hüseynova, hüquq üzrə fəlsəfə doktoru, dosent

Bakı Dövlət Universitetinin “Mülki proses və kommersiya hüququ” kafedrasının müəllimi

Oxşar xəbərlər