- 14:03
"Tərəflərin birgə övladları olmadıqda və ya övladları yetkinlik yaşına çatdıqda ər və arvad Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə boşanmaq üçün ərizə ilə müraciət edə bilərlər və boşana bilərlər".
E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.
Onun sözlərinə görə, əgər tərəflərin birgə nigahdan doğulmuş, yetkinlik yaşına çatmayan övladları varsa və ya aralarında əmlak bölgüsü varsa, boşanmaq üçün məhkəməyə müraciət olunur.
"Məhkəməyə müraciət olunmamışdan qabaq mediasiya təşkilatına müraciət olunmalıdır. Boşanma barədə tərəflər arasında razılıq əldə olunmursa, bu zaman artıq mediasiya təşkilatında hər hansı bir razılığın əldə olunmaması barədə arayış alınıb məhkəməyə müraciət olunur. Məhkəməyə də müraciət olunarkən dövlət rüsumu ödənməlidir və məhkəmə gedişatında tərəflərdən biri boşanmağa razı olmadıqda məhkəmə adətən tərəflərə barışıq üçün 3 ay vaxt verir. Bundan sonra təbii ki, tərəflər arasında boşanma barədə qərar qəbul edilir".
Humay Eminqızı