Hansı hallarda əməkhaqqından tutulmalar ola bilər?


  • 1 İyul 15:31

“Bəzən işçilərin əmək haqqlarından müəyyən tutulmalar həyata keçirilir ki, bu da narazılıqlara səbəb olur".

E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov bildirib.

Vəkil əmək haqqından hansı hallarda tutulmalar ola biləcəyinə aydınlıq gətirib: "Məsələn, vətəndaş hansısa bir şəxsə borcludur. Məhkəmə qərarı ilə həmin borcun tutulması barədə qərar qəbul olunub və icra şöbəsinə göndərilib. İcra şöbəsi əmək haqqından pul tutulması üçün vətəndaşın işlədiyi iş yerinə məktub göndərir və mühasibatlıq onun əmək haqqından pul tutur. Göründüyü kimi, ortada bir məhkəmə qərarı və icra sənədləri var. Ona görə də vətəndaşın əmək haqqından pul tutulmalıdır.

Yaxud vətəndaş işəgötürənə iş yerində zərər vurub və vurduğu zərər aldığı bir aylıq əmək haqqından artıq deyildir. İşəgötürən vətəndaşın əmək haqqından pul tutaraq həmin zərəri qarşılaya bilər. Digər tərəfdən, əgər ezamiyyətə çıxan işçi ona verilən və artıq qalan ezamiyyət pulunu xərcləyərsə, bu məbləğ onun əmək haqqından tutula bilər. Həmçinin işçilərin əmək haqqından sosial sığorta və vergilər tutulur”

Zərif Sofiyeva

Oxşar xəbərlər