Ata öz övladından imtina edə bilərmi?


  • 10 İyun 12:54

"Ata yalnız bir halda övladından imtina edə bilər".

E-huquq.az xəbər verir ki, bunu vəkil Tural Abdullazadə deyib.

Onun sözlərinə görə, şəxs yalnız uşağın atası olmadığı təsdiqini tapdığı halda övladdan imtina edə bilər.

"Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq nikahın pozulduğu vaxtdan və atanın ölümündən 300 gün ərzində dünyaya gəldikdə, uşağın atası ananın keçmiş əri hesab olunur. Atalıq ər ilə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Yəni, ata öz doğma övladından imtina edə bilməz. Hətta başqa bir kişi uşağın atası kimi qeydiyyata alınmaq istəsə belə, yenə də bioloji ata öz övladından imtina edə bilməz. Ata öz övladından yalnız uşağın ondan olmadığı təqdirdə imtina edə bilər. Bunun üçün o, atalıq faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməli və DNT ekspertizası tələb etməlidir. DNT analizi nəticəsində onun həmin uşağın atası olmadığı müəyyən olunarsa, ata həm aliment ödəməkdən, həm də digər hüquqlardan imtina edə bilər", - deyə vəkil qeyd edib.

Zərif Sofiyeva

Oxşar xəbərlər