DİN çağırış edir: "Təcili Yardıma yol ver" - VİDEO


  • 18 Aprel 20:37

Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir. Həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasına və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyininin (DİN) yaydığı məlumatda qeyd olunur.

Bildirilib ki, bununla bağlı DİN "Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayıb, sürücülərə çağırış edib.

Oxşar xəbərlər