Baş Prokurorluğun idarə rəisi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasına seçildi


  • 8 Aprel 14:54

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbər qurumu olan İdarəetmə Şurasına fəaliyyətə başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Şura üzvləri beynəlxalq təşkilatın üzv dövlətlərinin konfransında seçilir. Azərbaycanlı nümayəndə ilə yanaşı, Avstriya, ABŞ, Çin, Qətər, İordaniya, Kot Divuar və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə Təşkilatının nümayəndələrini də əhatə edib.

İclasda Şura üzvləri Akademiyanın illik fəaliyyətini, o cümlədən təşkilati tədbirləri və maliyyə durumuna dair hesabatı dinləyərək qurumun növbəti ildə effektiv fəaliyyət göstərməsi üçün tələb olunan bir sıra qərarlar qəbul ediblər.

Dünyanın müxtəlif bölgələrində ixtisaslaşmış antikorrupsiya qurumlarının formalaşdırılması, bu sahədə faliyyət göstərən peşəkarların treninqi, magistr proqramlarına üzvlərin qəbul edilməsi kimi mühüm qərarlar verilib, tədqiqatların aparılması istiqamətində fəaliyyətin gücləndirilməsi əsaslı hesab edilib.

Oxşar xəbərlər