- 20 Fevral 15:44
Baş Prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu təyinata qədər Pərvin Bağırova Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsində çalışıb.
Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.