İlin ən yaxşı dövlət ittihamçısı və müstəntiqi seçildi


  • 19 Fevral 15:52

Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, müsabiqələrin nəticələrinə əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Kənan Nəzərov “İlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru Anar Ələkbərov isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçilib.

Onlara Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Oxşar xəbərlər