İfadə verməyə çağırılarkən bunları bilməlisiniz


  • 6 Fevral 13:44

"Hüquq-mühafizə orqanlarının vətəndaşları şahid qismində ifadə verməyə çağırmaq hüququ var. Bu zaman vətəndaşlar öz hüquqlarını bilməlidir".

E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.

O bildirib ki, vətəndaşın hansı cinayət işinin araşdırılması ilə əlaqədar olaraq çağırıldığını bilmək hüququ var

"Qanun tələb edir ki, müstəntiq, təhqiqatçı və ya prokuror şəxslərə rəsmi yazılı formada çağırış vərəqələri göndərsin. Çağırış vərəqələrində ifadə verməyə çağıran orqanın adı, ünvanı, çağıran şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, eyni zamanda çağırışın vaxtı, yeri, saatı göstərilməlidir. Bundan sonra şəxs hansı cinayət işi ilə bağlı çağırıldığını biləcək. Vətəndaşlar hüquq-mühafizə orqanlarına həmin çağrışda göstərilən vaxtda getməlidir. İfadə verməyə gedən zaman vətəndaşın hüququ var ki, verdiyi ifadəni öz əl yazısı ilə yazsın. Verilən ifadə komputerlə yazıldığı halda isə vətəndaşın onu oxumaq, yol verilən səhvlərin düzəldilməsini tələb etmək hüquq var. Yalnız bundan sonra şəxs öz ifadəsini imzalamalıdır", - deyə vəkil qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər