Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib - FOTO


  • 19 Sentyabr 20:36

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, sentyabrın 19-da prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər