Prokurorluq orqanlarında könüllü qanvermə aksiyası keçirilib - FOTO


  • 18 Sentyabr 23:31

Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ərəfəsində ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə sentyabrın 18-də Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqları və ərazi hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada ümumilikdə 190 nəfər prokurorluq əməkdaşı iştirak edib.

Oxşar xəbərlər