Baş prokuror: "Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib"


  • 22 İyul 12:36

Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq ölkəmizə ekstradisiya edilməsi təmin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında məlumat verib.

Bundan başqa, iclas zamanı qeyd olunub ki, 2024-cü ilin I yarımilində “Çağrı Mərkəzi”nə daxil olmuş 14562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilib.

Oxşar xəbərlər