İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb


  • 22 İyul 12:33

2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında məlumat verib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.

"Belə ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9%, intihara cəhd hadisələrin sayı isə 8,9% azalıb", - deyə Baş prokurur bildirib.

Oxşar xəbərlər