Baş Prokurorluq çimərliklərdən istifadə ilə bağlı vətəndaşlara müraciət etdi


  • 12 İyul 15:48

Yay fəsli ilə əlaqədar olaraq insanlar asudə vaxtlarını çimərlik və su hövzələri kənarında keçirir. Təəssüflər olsun ki, bəzən suda boğulma hallarına rast gəlinir.

E-huquq.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən təsadüfi ölüm hallarının əsas səbəblərindən birinə çevrilmiş bu faciənin qarşısının alınması məqsədilə maarifləndirici məlumat hazırlanıb.

Çimərliklərdən istifadə zamanı tövsiyə edilir:

- Suya girməzdən əvvəl şərtləri yoxlayın: hər hansı xəbərdarlıq bayraqları varmı? Su şəraiti, çimərlik şəraiti və potensial təhlükələr haqqında xilasedicidən soruşun.

- Yanlız üzmə bacarığınızdan əmin olduğunuz halda öz hündürlüyünüzdən dərin suya daxil olun.

- Öz hündürlüyünüzdən dərin suda tək üzməməyə çalışın.

- Başqa bir şəxsin suda boğulma təhlükəsində olduğunu gördükdə özünüz müdaxilə etməzdən əvvəl yaxınlıqdakı xilasedicilərə müraciət edin.

Çimərliklərdə diqqət edilməlidir:

1. Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir.

2. Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır.

3. Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir.

4. Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.

5. Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır.

6. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq səhhət üçün təhlükəlidir.

7. Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

8. Çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir.

Oxşar xəbərlər