Bakıda 52 yaşlı kişi qətlə yetirildi


  • 25 Aprel 15:20

Bakıda 52 yaşlı kişi qətlə yetirilib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Oxşar xəbərlər