- 14:47
Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə təqsirli bilinən altı nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, həmin şəxslərin arasında 1992-ci il təvəllüdlü O.A. adlı Azərbaycan vətəndaşı da var.
Aralarında Belarus vətəndaşının da olduğu saxlanılan şəxslərdən xüsusilə külli miqdarda metadon, heroin, marixuana və pul vəsaitləri müsadirə olunub.
Təqsirli bilinən şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.