- 21 Aprel 22:39
Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.
E-huquq.az xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.
Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.