- 14:43
ABŞ alimləri yeni rəng kəşf edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də aparılan bir araşdırma zamanı kəşf edilən "olo" adlı yeni rəngi yalnız beş nəfər görə biləcək.
Alimlər lazer şüalarını birbaşa iştirakçıların tor qişasına göndərməklə əvvəllər görülməmiş bu rəngi müəyyən edə biliblər. Kaliforniya Universitetində hazırlanmış bu üsul “Oz Vision System” adlanır.
Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Tədqiqat göstərir ki, "olo" rəngi mavi-yaşıl tonlarla son dərəcə doymuş bir tondur. Bu rəng adi gözlə qəbul edilə bilməz, bunu yalnız lazerin yaratdığı xüsusi vizual təcrübə ilə hiss etmək olar.
Yeni rəngin “olo” adlandırılmasının elmi səbəbi var. Bu ad L, M və S konusları arasında yalnız M konusunun aktiv olduğunu göstərən "010" ikili kodundan götürülüb.
Əldə edilən məlumatlara görə, bu rəng təbii spektrdə rast gəlinməyən intensivliyə malik mavi-yaşıl rəng kimi müəyyən edilib.
Şəbnəm Mehdizadə