- 15:37
Şəmkir sakini həmyerlisini bıçaqlayıb.
E-huquq.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Namiq Hüseynov münaqişə zəminində, həmyerlisi Qapanlı kənd sakini, 1969-cu il təvəllüdlü Xaliq İsmayılova bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.