- 18 Aprel 18:00
Göygöl şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az-ın məlumatına görə, hərəkətdə olan minik avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub.
Zərbənin təsirindən 31 nömrəli xətt üzrə çalışan mikroavtobus yoldan çıxaraq aşıb. Qəzada azı 3 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.