- 00:09
Naxçıvanda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində ümumi sahəsi 100 m² olan çörək sexinin yanar konstruksiyaları 42 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.