- 00:09
Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub. Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.