- 25 Aprel 23:30
Balakəndə piyadanı avtomobil vuraraq öldürüb.
E-huquq.az-ın məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral avtomobil yolunda, Balakən rayonu Katex kəndi ərazisində baş verib. Rayon sakini Şaban Ramazanovun idarə etdiyi “KİA” markalı minik avtomobili Katex kənd sakini 50 yaşlı Nazxanım Qallaçiyevanı vurub.
Müxtəlif xəsarətlər alan N.Qallaçiyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.