- 21 Aprel 22:39
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 102 m² olan kafenin havalandırma sisteminin mühərriki və yağ qalıqları yanıb. Kafe yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.