- 12 Aprel 23:08
Naxçıvan şəhəri Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 4 m² hissəsində yataq dəsti yanıb. Evin 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.
Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.