Heydər Əliyev prospektində qəza olub, xəsarət alan var - FOTO - VİDEO


  • 10 Aprel 16:32

Bakıda Heydər Əliyev prospektində qəza olub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

NİİM-dən bildirilib ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi andan qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.

Oxşar xəbərlər