- 17 Aprel 21:00
Bakının Xətai rayonunda mənzildə baş verən yanğın Fövqəlada Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Bölmələri tərəfindən söndürülüb.
Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.
***
Bakının Xətai rayonunda yanğın başlayıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nazirliyin 112 qaynar telefon xəttinə Xətai rayonunun Məhəmməd Hadi küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.