Ceyranbatanda beton zavodunda fəhlə qəza nəticəsində ölüb


  • 8 Aprel 11:24

Abşeronda beton zavodunda bədbəxt hadisə baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda qeydə alınıb.

1979-cu il təvəllüdlü fəhlə Səməddin Rüstəmov iş zamanı yuxarıdan qopan beton kütləsinin üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara görə, hadisəyə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Oxşar xəbərlər