Azərbaycanda yas məclisi zamanı eyvan uçdu, yaralılar var


  • 8 Aprel 09:37

Göyçayda yas məclisi zamanı evin eyvanı uçub, 5 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, rayon sakinləri Həşimova Mətanət Ağakərim qızı, Vahidova Kəmalə Həşim qızı, 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, Məmmədova Nazilə Məzahir qızı və Əliyeva Susaxan Suru qızı hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər