Gədəbəydə 3 otaqlı ev yandı


  • 8 Aprel 09:17

Gədəbəydə 3 otaqlı ev yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun İnəkboğan kəndində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konsturksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər