Masallıda 4 otaqlı ev yandı


  • 6 Aprel 11:00

Masallı rayonunun İkinci Yeddioymaq kəndində yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 12 m² sahədə, 3 paq.m mətbəx mebeli və 1 ədəd soyuducu yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər