- 14:35
Gəncə şəhərində üç nəfər qidadan zəhərləniblər.
E-huquq.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci təvəllüdlü Leyla Nəcəfova və onun iki övladı K. Nəcəfov və R. Nəcəfov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsi ilə hər üç şəxsin vəziyyəti stabil qiymətləndirilir.