- 8 Aprel 09:17
Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma olub.
E-huquq.az xəbər verir ki, 2003-cü il təvəllüdlü rayon sakini Samir Abbaszadə ilə İkram Babayev arasında mübahisə yaranıb.
Mübahisə zamanı İkram Babayev Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.